Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KİV: “Putin taktiki nüvə silahından istifadə edə bilər”

“Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York times” nəşrinin məqaləsində qeyd edilib.

“Düzdü, Rusiya dövlət başçısının hələ ki, belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur. Buna baxmayaraq, sözügedən addım istisna edilməyib”, – məqalədə bildirilib.

Ekspertlərin qənaətinə görə, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyanı da nəzərə almalıdır: “Bu dövlətlərin liderləri Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı ən sərt tənqidlər sələndiriblər”.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …