Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan lideri: “Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”

“Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

“İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”, – dövlət başçısı bildirib.

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …