Koreya Respublikasının (Cənubi Koreya) Prezidenti Yun Sok Yol Çin Xalq Respublikasının (ÇXR) Koreya Xalq Demokratik Respublikasına (KXDR, Şimali Koreya) Pxenyanın öz nüvə-raket proqramından əl çəkməsi üçün təsir göstərməli olduğunu bildirib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın lideri “Reuters”ə müsahibəsində deyib.
Prezident müsahibəsində deyib ki, “Çinin Şimali Koreyaya təsir etmək imkanı və prosesdə iştirak etmək məsuliyyəti var”.
Onun fikrincə, Pekin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sülh və sabitliyin qorunması üçün Pxenyana təzyiq göstərməlidir. Dövlət başçısı qeyd edib ki, KXDR-in nüvə-raket proqramını məhdudlaşdırmağa yönəlmiş səylər ÇXR-in maraqlarına uyğundur, çünki gərginliyin artması ilə region ölkələri buna müdafiə büdcəsinin artırılması, həmçinin Amerika gəmi və təyyarələrinin daha tez-tez rast gəlinməsi ilə cavab verir.