Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya XİN Paşinyana cavab verib və Ermənistana minnət qoyub

“Ötən il Ermənistan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün kontingent ayırmamışdı”.

Boyukmillet.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu, təşkilatdakı müttəfiqləri razılaşdırılmış planları yenidən cızmağa məcbur edir və çətinliklər yaradır: “Amma KTMT çərçivəsində işlər davam edir, məsələ öz həllini tapacaq”.

M.Zaxarova, həmçinin söyləyib ki, Rusiya hərbçiləri Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur: “Bu obyektiv reallığı inkar etmək mümkün deyil”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …