Narkoticarətlə əlaqəli beş cinayətkar Argentinanın Çako əyalətində aviasiya klubundan “Cessna-206” yüngül mühərrikli təyyarəsini qaçırıb. Hücum edənlər uzağa qaça bilməyiblər, havaya qalxdıqdan dərhal sonra yanacaq verilişini açmadıqları üçün qəzaya uğrayıblar.
Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Diario Norte” nəşri məlumat yayıb.
“Əgər o, şəhərə düşsəydi, bu, faciə olardı. Təyyarənin gizli bloklama sistemi var”, – prokuror Serxio Rios bildirib.
O vurğulayıb ki, həmin şəxslər havaya qalxarkən yanacaq verilişi kranını açmağı unudublar və onların benzini bitib.
“Bu yanacaq xəttinin harada yerləşdiyini heç də hamı bilmir”, – prokuror əlavə edib.
Qeyd olunub ki, quldurlar “Villa Angela” aeroklubunun anqarına soxularaq “Cessna-206” markalı avtomobili oğurlayıblar. Təyyarə yerli fermerə məxsus olub.
Daha sonra uçuş-enmə zolağından yeddi kilometr aralıda yanan dağıntılar aşkar edilib.