Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib

Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Vaşinqton hesab edir ki, Tokionun “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud Tip 12 raketlərinin mənzilinin artırılması əks-hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir.

Bundan əlavə ABŞ Yaponiyada, ilk növbədə bu cür silahların yerləşdirilməli olduğu ərazilərin sakinləri tərəfindən anlaşma əldə etməyin mümkün olacağına şübhə edir.

Buna baxmayaraq, Çinin hərbi potensialının güclənməsi ilə əlaqədar qüvvələr balansı dəyişərsə, Amerikanın orta mənzilli raketlərinin Yaponiyada yerləşdirilməsi ilə bağlı müzakirələr bərpa oluna bilər.

Check Also

Ukrayna ABŞ-ın iki yüksək vəzifəli rəsmisinə qarşı xüsusi əməliyyat planlaşdırır

Boyukmillet.com xəbər verir ki, Qərb KİV-lərində yayılan məlumatlara əsasən Ukraynanın Xarici Kəşfiyyat Xidməti ABŞ-ın vitse-prezidenti …