Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkmənistan milli təhlükəsizlik naziri və Ali Məhkəmənin sədri vəzifələrindən azad ediliblər

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ali Məhkəmənin sədri Quvançmırat Ussanepesovu və milli təhlükəsizlik naziri polkovnik Qurbanmirat Annaevi tutduqları vəzifələrdən azad edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, məmurlar başqa işə keçidlə əlaqədar işdən çıxarılıb.

S.Berdiməhəmmədov müvafiq sərəncam Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının 2022-ci ildə hüquq-mühafizə orqanlarının işinin yekunlarına həsr olunmuş iclasında imzalayıb.

Check Also

Gürcüstanda immiqrasiya vizası almaq üçün minimum 150 min dollarlıq əmlak tələb olunacaq

Gürcüstanda əmlak mülkiyyəti əsasında verilən D5 kateqoriyalı immiqrasiya vizası üçün tələblər sərtləşdirilib. “Report”un yerli bürosunun …