Şənbə , 23 Noyabr 2024
Drone Cameras

FHN-in kapitanı: “Türkiyədəki hospitalda zəlzələdən zərərçəkmiş 5 nəfəri qəbul etmişik”

“Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı bu gün zəlzələdən zərərçəkmiş 5 nəfəri qəbul edib”.

Boyukmillet.com xəbər verir ki, bunu FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov deyib.

O bildirib ki, hospital 4 bölmədən ibarətdir:

“Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı fevralın 8-də Türkiyənin Kahramanmaraş şəhərində qurulmağa başladı və bu gündən etibarən fəaliyyət göstərir. Burada indiyədək 5 xəstə qəbul etmişik. Onlara ilkin tibbi yardım göstərildi və daha sonra eve buraxıldı.

Burada labarotoriya, qəbul çeşidləmə, yəni ilkin tibbi yardım otağı, reanimasiya otağı, intensiv terapiya otağı və cərahiyyə bölməsi var. Həmçinin hospitalda səyyar rentgen və USM aparatı mövcuddur. Eyni zamanda burada 10 nəfər stabil xəstənin 3-4 saat ərzində müşahidə edib, digər xəstəxanalara təxliyyə edirik”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …