Şənbə , 14 Mart 2026
Drone Cameras

SOCAR prezidenti “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şöhrət İsa-zadə və Ramil Abulov ilə görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, R. Nəcəf layihənin idarəçi rəhbərlərindən biri olaraq birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini, həmçinin qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün SOCAR tərəfindən lazımi şərait yaradılacağını vurğulayıb.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində SOCAR-ın prezidentinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür ediblər.

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …