“Bildiyim qədəri ilə üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb”.
Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Onun sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır: “Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”.
Qeyd edək ki, N.Prays daha əvvəl yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında üçtərəfli görüşün planlaşdırıldığını söyləyib.