Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan XİN: “Ermənistan minalarla bağlı öhdəliyini öz üzərindən atır”

“Ermənistan Baş nazirinin minalarla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını təhrif edən açıqlaması göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

“Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil”, – məlumatda qeyd edilib.

Həmçinin vurğulanıb ki, Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmir: “Ümumilikdə qeyd edək ki, Məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …