Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Qazaxıstan Azərbaycana maliyyə xidmətlərinin inkişafında dəstək verə bilər

Qazaxıstanın Azərbaycana maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstək göstərməsi müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Twitter”də bildirib.

“Bu gün Qazaxıstana səfər çərçivəsində Astana Beynəlxalq Maliyyə Mərkəzində qonaq olduq. Görüşdə Mərkəzin həyata keçirdiyi proqramlar və layihələr, o cümlədən maliyyə xidmətlərinin inkişafı istiqamətində görülən işlərdən danışdıq, Azərbaycanda maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstəyin göstərilməsinə, həmçinin gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr apardıq”, – deyə o qeyd edib.

Check Also

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Cari ilin 11 ayında ümumi daxili məhsul 1.6% artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3.2% artım, …