Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Prezident: “Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir”

Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr möhkəm təməllər üzərində qurulub. Ölkələrimiz enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malikdir.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə deyib.

Azərbaycanın öz nəqliyyat-tranzit potensialını artırdığını bildirən dövlətimizin başçısı əlavə edib ki, bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …