Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Çin parlamentinin rəsmisi: “Ordunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmır”

“Çin Xalq Azadlıq Ordusunun modernləşdirilməsi dünyanın heç bir ölkəsi üçün təhlükə yaratmır”.

Boyukmillet.com xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) 14-cü çağırış 1-ci sessiyasının rəsmi nümayəndəsi Van Çao martın 3-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Çinin gələcəyi bütün dünyanın gələcəyi ilə sıx bağlıdır: “Çinin ordusunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmayacaq. Əksinə, o, regional sabitliyi və dünya sülhünü qorumaq üçün səmərəli qüvvədir”.

V.Çao vurğulayıb ki, təhlükəsizlik çağırışları Çinin müdafiə büdcəsinin artımını diktə edir.

Check Also

Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir

NATO İrana qarşı əməliyyatda iştirak etmir, lakin onun nüvə və ballistik potensialının zəiflədilməsini əsaslı sayır. …