“Müharibə şəraitində mətbuat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı” mövzusunda interaktiv mühazirə keçirilib.
Boyukmillet.com xəbər verir ki, tanınmış azərbaycanlı jurnalist, Azərbaycanın ən böyük media holdinqi olan “Global Media Group”un media direktoru Həmid Həmidov interaktiv mühazirədə mühazirəçi qonaq qismində iştirak edib.
Onlayn görüşün moderatoru Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçaruk olub.
Mühazirə zamanı Ukrayna və Azərbaycan jurnalistləri arasında əməkdaşlığın inkişafı, onların fəaliyyətinin Ukrayna və Azərbaycan münasibətlərinə təsiri, iki ölkənin KİV-ləri arasında dialoqun fəallaşdırılmasının vacibliyi müzakirə olunub.