Şənbə , 13 Dekabr 2025
Drone Cameras

İlham Əliyev: “Azərbaycanla Bolqarıstan yaxın və strateji tərəfdaşdır”

Azərbaycanla Bolqarıstan yaxın və strateji tərəfdaşdır.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən deyib.

Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …