Cümə , 22 Noyabr 2024
Drone Cameras

Aİ komissarı: “Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”

“Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Avropa Parlamentinin plenar iclasında deyib.

O əlavə edib ki, tərəflər substantiv dialoqa qayıtmalıdırlar, çünki bir çox mühüm məsələlər hələ də həllini gözləyir: “Aİ Ermənistan və Azərbaycan arasında dialoqa fəal şəkildə töhfə verir. Biz ümumi məqsədə – Cənubi Qafqazda təhlükəsizliyin, firavanlığın və sülhün bərqərar olmasına nail olmaq üçün etibarlı vasitəçi roluna sadiq qalırıq”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …