Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən yazıb.

“Seul hərbçiləri Şimali Koreyanın Yapon dənizinə naməlum ballistik raket atdığını bildirib”, – xəbərdə deyilir.

Daha sonra, ballistik raketin buraxılması faktı Yaponiya Sahil Mühafizəsi tərəfindən də təsdiqlənib.

Onlar qeyd ediblər ki, raket hələ də uçuşdadır, ehtimal ki, o, dik trayektoriya ilə buraxılıb. Raket buraxılışı Yaponiya vaxtı ilə saat 07:14-də (Bakı vaxtı ilə saat 02:14) həyata keçirilib.

Hesablamalara görə, raket Yaponiyanın iqtisadi zonasından kənarda – Koreya yarımadasından təxminən 550 km şərqdə Yapon dənizinə düşəcək.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …