Bazar , 25 Oktyabr 2026
Drone Cameras

ABŞ ağrılı güzəştlər tələb edib? – Paşinyanın partiyası AÇIQLADI

“Ermənistan tərəfi ilə müzakirələrdə ABŞ hər hansı ağrılı güzəşt məsələsini gündəmə gətirməyib”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının üzvü, yerli parlamentin Avropaya inteqrasiya üzrə komissiyasının rəhbəri Arman Eqoyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı münaqişənin nüanslarına baxılsa, “tərəflərdən birinin ağrılı güzəştlərə getməli olduğu” barədə bəyanatların səsləndirilməsi mümkün deyil.

Eqoyanın fikrincə, Azərbaycan və Ermənistan məsələsində ABŞ tərəfi açıq bəyanatları zamanı heç vaxt məqsədyönlü tövsiyələr verməyib, lakin ikitərəfli görüşlər çərçivəsində belə tövsiyələr səsləndirilir və bu görüşlərdən sonra verilən press-relizləri öyrəndikdən sonra onların məzmunu aydın olur.

Musavat.com

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …