Bazar , 8 Fevral 2026
Drone Cameras

ABŞ Azərbaycan və Ermənistana köməyə hazır olduğunu bildirib

ABŞ hərtərəfli sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupu vasitəsi ilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

Boyukmillet.com-un TASS-a istinadla xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Biz Cənubi Qafqazın təhlükəsiz, demokratik və çiçəklənən gələcəyi üçün səylərimizə sadiqik. Biz aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü, o cümlədən sərhədlərin delimitasiyası üşün ikitərəfli komissiyanın yaranması və sülh danışıqlarına hazırlıqdakı müsbət dinamikanı alqışlayırıq. Dövlət katibi bildirib ki, ABŞ uzunmüddətli sülh üçün tərəfdaşları ilə ikitərəfli əməkdaşlığa hazırdır” – deyə Prays bildirib.

Check Also

Tarixi məhkəmə başladı – Yekun qərar elan olunacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən …