Bazar , 19 May 2024
Drone Cameras

ABŞ Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırıb – AMERİKALI DİPLOMAT

Son zamanlar Azərbaycanda insan haqları sahəsində yaranmış vəziyyət, xüsusilə tanınmış ictimai-siyasi fəalların həbsi beynəlxalq ictimaiyyətdə hökumətə qarşı tənqidlərə və çağırışlara səbəb olub. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya və əmək məsələləri üzrə köməkçisinin müavini Coş Hak hakimiyyət rəsmiləri və insan haqları fəalları ilə bu sahədəki durumu müzakirə edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenji Gununsesi.info-ya açıqlamasında ABŞ-ın Azərbaycanda insan haqları sahəsində müsbət dəyişikliyin olması üçün  verə biləcəyi töhfədən danışıb.

Amerikalı diplomat bildirib ki, ölkəsi Azərbaycanı həm açıq, həm  özəl olaraq öz konstitusiyasına və beynəlxalq  öhdəliklərinə uyğun olaraq bütün vətəndaşlarının insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırıb:

Onu da qeyd edim ki, bu ay Bakıda olarkən dövlət katibinin köməkçisinin müavini Coş Hak azərbaycanlıların fundamental azadlıqlarını müdafiə edən hüquqşünaslar və insan haqları müdafiəçiləri ilə söhbət etdi”.

Pərviz

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …