Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ BMT-nin insan hüquqları üzrə icmalında iştirakdan imtina edir

ABŞ insan hüquqları sahəsində fəaliyyətinin planlı icmalında iştirakdan imtina edir.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Cenevrədəki missiyasının BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türkə ünvanladığı məktubda deyilir.

“ABŞ noyabrın 7-də Cenevrədə keçirilməsi planlaşdırılan Unikal Dövri İcmalda (UPR) iştirak etməyəcək”, – məktubda qeyd edilib.

UPR-BMT-yə üzv olan 193 dövlətin hamısının insan hüquqlarının vəziyyətini qiymətləndirmək üçün hər 4-5 ildən bir keçməli olduğu bir yoxlamadır.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …