Bazar , 25 Yanvar 2026
Drone Cameras

ABŞ bu ərazilərdə mülki aviasiya üçün təhlükə elan etdi

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Mərkəzi və Cənubi Amerikanın bəzi hissələri üzərində uçan aviaşirkətlərə mümkün hərbi əməliyyatlar və GPS siqnallarına müdaxilə barədə xəbərdarlıq edib.

Boyukmillet.com Reuters-ə istinadən xəbər verir ki, FAA-nın pilotlar üçün müvafiq bildirişləri Meksika, digər Mərkəzi Amerika ölkələri, eləcə də Ekvador, Kolumbiya və şərqi Sakit Okeanın bəzi hissələri üzərindəki hava məkanını əhatə edir. Xəbərdarlıqlar 16 yanvarda qüvvəyə minib və 60 gün müddətində qüvvədə qalacaq.

FAA öz açıqlamalarında potensial hərbi əməliyyatların və naviqasiya sistemlərinin maneə törədilməsinin uçuşdan eniş nöqtəsinə qədər bütün yüksəkliklərdə mülki aviasiya üçün risk yarada biləcəyini vurğulayıb. Aviaşirkətlərə yeniləmələri diqqətlə izləmək və potensial marşrut dəyişikliyini nəzərdən keçirmək tövsiyə olunur.

Check Also

İrana qarşı HAZIRLIQ – ABŞ bölgəyə bu silahları GÖNDƏRİR

ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda Vaşinqton bölgəyə əlavə …