Cümə axşamı , 8 Yanvar 2026
Drone Cameras

ABŞ-dən İran neftinə qarşı yeni sanksiya

ABŞ hakimiyyəti bir neçə ölkədəki təşkilatlara və şəxslərə, eləcə də gəmilərə sanksiya tətbiq edib.

Boyukmillet.com xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqottun yazılı açıqlamasında yer alıb.

Sənəddə qeyd olunur ki, “Dövlət Departamenti Hindistan, Panama və Seyşel adaları da daxil olmaqla bir neçə ölkədə İran nefti və neft məhsullarının satışı ilə əlaqəli 17 qurum, şəxs və gəmini müəyyən edib. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi 41 qurum, şəxs, gəmi və təyyarəyə sanksiyalar tətbiq edir, İranın neft və neft-kimya məhsullarının ixracına qarşı tədbirləri sərtləşdirir və İranın zərərli fəaliyyətlərini dəstəkləyən maliyyə axınlarını və ticarətini pozur”.

ABŞ Maliyyə Nazirliyi ABŞ-ın artıq İran neftinin daşınmasında iştirak edən 170-dən çox gəmiyə sanksiyalar tətbiq etdiyini açıqlayıb. Departament yeni sanksiyaların xüsusilə İranın “Mahan Air” aviaşirkətini, onun işçilərini və təyyarələrini hədəf aldığını qeyd edib. ABŞ-ın məlumatına görə, şirkət Yaxın Şərqdə İran tərəfindən dəstəklənən proksi qüvvələrə silah göndərməklə məşğuldur.

Check Also

Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif iddialarını təkzib edib

Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə gəlməsi təklifi ilə bağlı …