Çərşənbə , 4 Mart 2026
Drone Cameras

ABŞ-da 44 min avtomobilin katalizatorunu oğurlayan dəstə ifşa edilib

ABŞ-da Oreqon ştatının Biverton şəhərində polis avtomobillərdən 3000-dən çox katalizator oğurlayan cinayətkar dəstənin 14 üzvünə qarşı ittiham irəli sürüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə KGW8 telekanalı məlumat yayıb.

Qeyd olunub ki, bahalı avtomobil hissələrinin kütləvi oğurlanması ilə bağlı istintaqa 2021-ci ilin sonunda başlanılıb. Səkkiz ünvanda aparılan axtarışlar nəticəsində 3000-ə yaxın katalizator, bir neçə yüz min dollar nağd pul və bahalı avtomobil götürülüb.

İstintaqın məlumatına görə, Brennan bandasının lideri olduğu iddia edilən Patrik Doyl iki il ərzində 22 milyon dollar dəyərində 44 mindən çox oğurlanmış katalizator satıb.Onun əsas şəriki Tanner Li Hellbuş mart ayında 100 hissə ilə saxlanılıb.

Check Also

BƏƏ ərazisindən İrana hücumlara icazə vermədiyini bildirib

Regionda mövcud gərginlik dövründə Birləşmiş Ərəb Əmirlikləri İslam Respublikasının dəfələrlə hücumlarına baxmayaraq, öz ərazisindən və …