Bazar , 15 Noyabr 2026
Drone Cameras

ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb

Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Bucks County Courier Times” qəzeti yazıb.

Bildirilir ki, təbii hadisə Filadelfiyanın şimal-şərqindəki Bensalem şəhərində avtomobillərə xidmət servisinin və “Faulkner Auto Group” şirkətinin avtosalonunun binasının dağılmasına gətirib çıxarıb.

“Bu dağıdıcı qasırğa idi. Kinoda olduğu kimi idi. Sanki bomba partladı”, – yerli İctimai Təhlükəsizlik xidmətinin rəhbəri Fred Xarran deyib.

Qasırğa səbəbindən Baks dairəsində dairəsində azı yeddi min sakin işıqsız qalıb.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …