Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir.

“Qarabağ”ın İsraildə”Aşdod”u 1:0 hesabı ilə yenməsi ölkənin aktivinə daha 0,250 xal qazandırıb.

Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə “Neftçi” 0,500 xal, Konfrans Liqasında “Çukariçki” ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə “Sumqayıt” 0,125 xal qazanıb. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Check Also

Samir Abasov: “Barselona” mənim üçün həddindən artıq maraqlıdır

Bu klub mənim üçün həddindən artıq maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında İspaniyanın “Barselona” …