Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən məlumata görə, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək. “Xankəndi” klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.
Read More »Ronaldo Portuqaliya millisindən getdi
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub. Bu barədə o, instaqram hesabında paylaşım edib. Qeyd edək ki, Ronaldo həm də “Əl-Nəsr” komandasının hücumçusudur. O, 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinib. Ronaldo bir müddət əvvəl millinin rəsmi oyununda 18 ildən sonra ilk dəfə meydana çıxmadığı üçün komandanın düşərgəsini icazəsiz tərk edib./axsam.az/
Read More »Bu gün futzal üzrə Azərbaycan millisi Çexiya komandası ilə qarşılaşacaq
Dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində bu gün futzal üzrə Azərbaycan millisi ilk ev oyununu keçirəcək. Boyukmillet.com xəbər verir ki, XII qrupda yer alan yığma Lənkəran Olimpiya İdman Kompleksində Çexiya komandası ilə qarşılaşacaq. Saat 16:00-da başlayacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Çiara Perona olacaq.
Read More »“Kəpəz” – “İmişli” oyununda baş hakimin səhv qərar verdiyini AÇIQLADI
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib. Qurum rəsmisi “Kəpəz” – “İmişli” matçında baş hakimin səhv qərar verdiyini söyləyib. R.Həsənovun sözlərinə görə, “İmişli”nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb. Bundan əlavə, sədr “Sumqayıt” – “Şəfa” qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.
Read More »“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib
“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib. UEFA-nın açıqladığı klub əmsalları reytinqində Azərbaycan təmsilçisi “Qarabağ” 69-cu yeri tutub. Ağdam təmsilçisi son 5 mövsümdə Avropa kuboklarındakı çıxışı sayəsində aktivinə 32.000 xal yazdırıb. Cədvəlin ilk 100 pilləsində yer alan klubların tam siyahısı aşağıdakı kimidir: ”Real Madrid” (İspaniya) – 143.50 xal ”Mançester Siti” (İngiltərə) – 137.75 xal ”Bavariya” (Almaniya) – 135.25 xal ”Liverpul” (İngiltərə) …
Read More »“Qarabağ”ın potensial rəqibləri bəlli olub
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, qitənin üçüncü dərəcəli klub turnirində ilk oyunlar avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.
Read More »Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisi qeydə alınıb
Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb. Boyukmillet.com Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir. İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub. Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün “Sabah” 1,000, “Qarabağ” 0,750+, …
Read More »Arda Turandan gələcəyi ilə bağlı AÇIQLAMA
“Şaxtyor”un baş məşqçisi Arda Turan gələcəkdə Türkiyəyə potensial qayıdışı ilə bağlı fikirlərini söyləyib. Məşqçinin sözlərinə görə, “Eyüpspor”da keçirdiyi müddətdən sonra ona özünəinam göstərən və özünü yüksək səviyyədə sübut etmək imkanı verən məhz Donetsk klubu olub. Turan müqaviləsinin şərtlərini tam yerinə yetirmək və “Şaxtyor”a bütün gücünü sərf etmək niyyətində olduğunu qeyd edib. Bundan əlavə, türkiyəli məşqçi futbolda hər şey tez dəyişə …
Read More »Avropa klubu ONA GÖRƏ Azərbaycan çempionuna son təklifini göndərdi
“Sabah”ın legioneri Aron Maludaya daha bir müştəri var. Fransalı vingeri israrla istəyən “Seltik”in ardınca “Bazel” transferdə maraqlıdır. İsveçrə klubu 20 yaşlı oyunçunu heyətinə qatmağa çox yaxındır. “Bazel” gənc futbolçunun transferi üçün “Sabah”a son təklifini göndərib. Maliyyə şərtləri o qədər sərfəlidir ki, Azərbaycan çempionu təklifə müsbət yanaşır və tərəflər razılaşmağa yaxındır. Maluda ötən mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxaraq 9 qol …
Read More »“Sea Breeze”in İsrailin futbol klubuna sponsorluğu bir il sonra üzə çıxıb
Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovla İsrailin “Makkabi Netanya” futbol klubu arasında sponsorluq razılaşması son günlərdə ictimailəşdirilsə də, əslində, müqavilə bir il əvvəl imzalanıb. 2025-ci il avqustun 17-də klubun rəsmi sosial media hesablarında yayılan məlumatda yeni sponsorun Azərbaycanda istirahət layihələrinin təşəbbüskarı və marketinqi ilə məşğul olan “Sea Breeze Resort and Residences” şirkətinin olduğu bildirilib. Müqavilə imzalanan tarixdə İsrail Qəzzanı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
