Çərşənbə axşamı , 26 May 2026

Futbol

Çempionlar Liqası: “Qarabağ” Portuqaliyada tarixi qələbə qazanıb – YENİLƏNİB-8

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Boyukmillet.com-un məlumatına görə, “Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb. Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb. Bundan sonra özündə güc tapan Azərbaycan çempionu …

Read More »

Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb

“Qarabağ” klubu yayda heyətinə qatdığı Joni Montieli UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib.  Boyukmillet.com-un məlumatına görə, Azərbaycan təmsilçisinin açıqladığı siyahıda ispaniyalı yarımmüdafiəçinin adı yoxdur. Bundan əlavə, Aleksey İsayev də kənarda qalıb.   Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç   Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, …

Read More »

Salah Premyer Liqa çempionluğuna əsas namizədin adını açıqlayıb

“Liverpul”un və Misir millisinin cinah oyunçusu Məhəmməd Salah 2025/2026-cı il mövsümündə İngiltərə Premyer Liqası çempionu olmaq üçün əsas namizədin adını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, futbolçunun sözlərini “Sky Sports” yayıb. “Çempionluğun favoritlərindən danışsaq, “Arsenal”ı vurğulayardım. Onların təxminən 5-6 ildir birlikdə oynayan stabil heyəti var, ona görə də meydanda qarşılıqlı əlaqə daha asandır. Son vaxtlar “Liverpul” və “Mançester Siti”nin heyətlərində çoxlu …

Read More »

UEFA Çempionlar Liqası: “Qarabağ”ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək

Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Püşkatmadan öncə əsas mərhələdə iştirak edəcək 36 komanda 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV səbətdə yer alıb. I səbət PSJ (Fransa), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), …

Read More »

Azərbaycanda futbol klubunun prezidenti həbs edildi 

“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib. Məlumata görə, Rauf Quliyev dələduzluq ittihamı ilə həbs edilib. Ondan şikayətçi olan bir neçə nəfər var. İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı …

Read More »

Mingəçevir futbolunda yeni nəfəs

Azərbaycan futbolu dedikdə göz önünə ilk növbədə “Neftçi” gəlir. Ölkəmizin flaqman komandasının 1966-cı ildə Sovet İttifaqının çempionatında bürünc medal qazanmasından sonra respublikada futbola maraq daha da artdı. Paytaxt Bakı ilə yanaşı rayonlarda da yeni klublar yaradıldı. Həmin il Mingəçevirdə də yerli futbol komandası formalaşdırıldı. Qısa zamanda bu komandanın şöhrəti ətrafa yayıldı. Ümumiyyətlə, Mingəçevir zəngin futbol ənənəsi olan bir şəhərdir. İndi …

Read More »

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Bildirilib ki, son klubu “Şamaxı” olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Qeyd edək ki, Adil Nağıyev bir matçda Azərbaycanın əsas millisinin formasını geyinib.

Read More »

Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür

Bu gün dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür. Boyukmillet.com-un məlumatına görə, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da anadan olub. Dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşən Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu …

Read More »

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı cinah oyunçusu buna A Seriyasında “Yuventude”yə 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub. Villian sözügedən qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb. O, Braziliya çempionatında 10 qol və 8 assistlə yadda qalıb. Beləliklə, futbolçu 18 yaşadək oyunçular arasında yeni rekord müəyyənləşdirib. Neymar 2009-cu …

Read More »

Norveçli mütəxəssis Danimarka millisini çalışdırmaqdan imtina edib

Norveçli mütəxəssis Ule-Qunnar Solskyaer Danimarka millisinin baş məşqçi postunu tutmaqdan imtina edib. Boyukmillet.com xəbər verir ki, Danimarka Futbol İttifaqı ona bu vəzifəni təklif etsə də, mənfi cavab alıb. 51 yaşlı mütəxəssisin adı açıqlanmayan top-klubla danışıqlar apardığı iddi olunur. Qeyd edək ki, Ule-Qunnar Solskyaerin son iş yeri 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına kimi rəhbərlik etdiyi “Mançester Yunayted” (İngiltərə) olub.

Read More »