Cümə , 13 Noyabr 2026
Drone Cameras

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olur

UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.

Ağdam klubunun potensial rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), və “Vestri” (İslandiya) komandaları yer alıb.

Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …