Cümə axşamı , 28 May 2026

Futbol

Vladislav Qədirov: Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm

Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Qədirov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun yekunları haqqında danışarkən deyib. 1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olmuş mütəxəssis üç komandanı favorit saydığını söyləyib: “Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa …

Read More »

Xorvatiya – Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Xorvatiya – Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, xorvatların heyətində Andrey Kramariç qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 33 yaşlı hücumçu Albaniya ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.

Read More »

Şotlandiya millisinin müdafiəçisi iki oyunluq cəzalanıb

Şotlandiya millisinin müdafiəçisi Rayan Porteus Avropa çempionatında iki oyunluq diskvalifikasiya edilib. Boyukmillet.com xəbər verir ki, buna səbəb futbolçunun AVRO-2024-ün açılış matçında Almaniyaya qarşı (1:5) oyunun ik hissəsinin sonlarına yaxın İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi olub. Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan R.Porteus eyni zamanda Şotlandiya komandasının qapısına penalti təyin edilməsinə səbəb olub. Qeyd edək ki, Almaniya – Şotlandiya matçı …

Read More »

Postsovet məkanının ən bahalı futbolçularının siyahısı açıqlanıb

Məşhur “Transfermarkt” portalı postsovet məkanının ən bahalı futbolçularının siyahısını müəyyənləşdirib. Boyukmillet.com xəbər verir ki, ilk pillədə İtaliyanın “Napoli” klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya (85 milyon avro) qərarlaşıb. Postsovet məkanının ən bahalı ikinci futbolçusu isə İngiltərə təmsilçisi “Çelsi”nin və Ukrayna millisinin yarımmüdafiəçisi Mixail Mudrikdir. Onun qiyməti 60 milyon avro dəyərləndirilib. İlk “3-lüy”ü Ukrayna futbolunun əfsanəsi, “Milan”, “Çelsi” kimi top-klublarda çıxış …

Read More »

Arif Əsədov: Albaniya və Qazaxıstan zəif rəqib deyil

Rəqibləri təhlil etmişik, zəif deyillər. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov yoldaşlıq görüşlərində üz-üzə gələcəkləri Albaniya və Qazaxıstan yığmaları haqqında danışarkən deyib. Mütəxəssis Albaniyanın Avropa çempionatının final mərhələsində iştirak edəcəyini xatırladıb: “Qazaxıstan isə turnirin bir addımlığında idi. Bu baxımdan bizim üçün yaxşı rəqiblərdir. Onlara qarşı öz gücümüzü görəcəyik”. Arif Əsədov yoxlama matçlarında qələbə haqqında düşünəcəklərini …

Read More »

“Turan Tovuz” rəsmisi: İyunun axırına qədər yeni baş məşqçi məsələsini yekunlaşdırmalıyıq

İyunun axırına qədər yeni baş məşqçi məsələsini yekunlaşdırmalıyıq. Ancaq rəsmiləşməmiş kiminsə adını çəkmək düzgün olmaz. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib. O, hazırda “Turan Tovuz” üçün baş məşqçi axtarışında olduqlarını söyləyib: “Hələ heç kimlə razılaşmamışıq. Amma danışıq apardığımız məşqçilər var”. Klub rəsmisi komandanın iyunun sonu, iyulun əvvəlində yığışacağını da vurğulayıb. …

Read More »

Azərbaycanın amputant komandası ikinci oyunda da məğlub olub

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında ikinci matçına çıxıb. Boyukmillet.com xəbər verir ki, yığma Türkiyə kollektivi ilə üz-üzə gəlib. C qrupundakı qarşılaşma rəqibin 12:1 hesablı qələbəsi ilə bitib. Qardaş ölkə təmsilçisi ötən gün İsraili 6 cavabsız qolla üstələyib. Azərbaycan komandası isə İrlandiyaya yenilib – 0:1.

Read More »

Ayxan Abbasov: “Şamaxı” rəhbərliyi ilə görüşmüşük

Düzdür, “Şamaxı” rəhbərliyi ilə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında “Turan Tovuz” klubunun sabiq baş məşqçisi Ayxan Abbasov deyib. 42 yaşlı mütəxəssis hələlik ortada konkret razılıq olmadığını bildirib: “Tam əminliklə nəsə demək olmaz. “Şamaxı” Premyer Liqaya yeni gəlir. Amma 100 faiz nəsə demək mümkün deyil”. Qeyd edək ki, Ayxan Abbasov bir neçə gün əvvəl “Turan Tovuz”dan …

Read More »

ABŞ şirkətinin İngiltərə klubunu satın almaq cəhdi uğursuzluqla nəticələnib

ABŞ-nin “777 Partners” investisiya şirkətinin İngiltərənin “Everton” klubunu 500 milyon funt sterlinqə satın almaq cəhdi uğursuzluqla nəticələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub, çox güman, borcları ödəmək üçün aparıcı futbolçularını satmağa məcbur olacaq. Qeyd edək ki, maliyyə problemləri səbəbindən ötən mövsüm “Everton”un xalları da silinib. Bununla belə, komanda Premyer Liqada yerini qorumağa müvəffəq olub.

Read More »