Çərşənbə axşamı , 23 Aprel 2024

Futbol

Dünyanın ən bahalı 100 futbolçusu bəlli olub

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunu açıqlayıb. Boyukmillet.com CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Norveç millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann qərarlaşıb. 23 yaşlı forvardın transfer dəyəri 245,1 milyon avro göstərilib. Braziliya yığmasının və İspaniyanın “Real Madrid” komandasının üzvü Vinisius Junior (196,3 milyon avro) ikinci, İngiltərə millisinin və “Arsenal”ın …

Read More »

İvan Brkiç “Neftçi” ilə yeni müqavilə imzalayıb

“Neftçi”nin futbolçusu İvan Brkiç klubla yeni müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, Rumıniyalı mütəxəssis bildirib ki, xorvatiyalı qapıçı mövsümün sonuna qədər olan sözləşməsini uzadıb. Adı bir neçə xarici klubla birgə hallanan 28 yaşlı qolkiper növbəti mövsümü də Bakıda keçirəcək. Qeyd edək ki, İvan Brkiç “Neftçi”yə 2022-ci ilin yanvarında Latviya klubu “Riqa”dan keçib. Laurentsiu Regekampfın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Read More »

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı Tennis Akademiyasında 6 qarşılaşma baş tutacaq. A və B qruplarında əvvəlcə II turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda III turun da bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirəcək. A …

Read More »

“Sumqayıt”ın baş məşqçisi ikiqat yubileyə sevinib

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXXII turunda “Kəpəz”lə səfər oyununda ikiqat yubileyə sevinib. Boyukmillet.com xəbər verir ki, “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbə 45 yaşlı mütəxəssisin Premyer Liqada 75-ci uğuru olub. Abasov bunu 190-cı matçında gerçəkləşdirib. Onun rəhbərliyi altında “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8 dəfə üç xal əldə edib. O, Azərbaycan çempionatları tarixində 75 və daha çox …

Read More »

“Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb

Azərbaycan Premyer Liqasının XXXII turunun “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, Bakıda baş tutacaq “Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar görüşün keçiriləcəyi tarix və saat dəyişdirilib. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi 30 aprel saat 19:00-da yox, 2 may saat 20:00-da “Bakcell Arena”da təşkil olunacaq.

Read More »

“Yuventus” avrokuboklardan kənarlaşdırıla bilər

UEFA İtaliyanın “Yuventus” klubunu avrokuboklardan kənarlaşdıra bilər. Boyukmillet.com xəbər verir ki, Avropa futbol qurumu mümkün maliyyə maxinasiyasında günhlandırılan “qoca sinyora” ilə bağlı araşdırma aparır. İddiaya görə, bütün lazımi sənədləri Turin prokurorluğundan alan qurum avqustun sonunadək İtaliya məhkəməsinin qərarını gözləyəcək. Qərar çıxmayacağı təqdirdə, hökmü UEFA-nın müvafiq komissiyası verəcək. Bu halda “Yuventus”un ən azı bir mövsüm avrokuboklarda iştirakdan məhrum ediləcəyi gözlənilir. Qeyd …

Read More »

“Qarabağ”ın hücum tandemi Messi-Mbappe cütlüyündən daha məhsuldardır

“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında birlikdə 38 qol vurublar. Boyukmillet.com xəbər verir ki, Azərbaycan millisinin üzvləri müvafiq olaraq hərəyə 20 və 18 dəfə rəqib qapılarına yol tapıblar. Avropanın “Top-5” liqalarında yalnız bir tandem bundan çox qola imza atıb. “Mançester Siti”nin İngiltərə Premyer Liqasındakı ən məhsuldar oyunçuları olan Erlinq Holann və Fil Foden rəqib …

Read More »

Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bəlli olub

UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Boyukmillet.com xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində bu ada Almaniya “Bayer”indən Adam Qlojek, İtaliya “Yuventus”undan Adrien Rabyo, İspaniya “Sevilya”sından Yussef En-Nesiri və İtaliya “Roma”sından Nemanya Matiç iddia edir. Konfrans Liqasında isə həftənin ən yaxşısı olmağa namizədlər İtaliya “Fiorentina”sından …

Read More »

Elmar Baxşıyev: “Dinamik oyun alındı”

“Dinamik oyun alındı, hər iki komanda açıq futbol göstərməyə çalışdı”. Boyukmillet.com xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXX tur matçından sonra mətbuat konfransında deyib. 43 yaşlı mütəxəssis çətin oyun alındığını bildirib: “Neftçi”nin heyətində yaxşı futbolçuları var. Komanda şəklində meydanda futbolçular istədiyimi verməyə çalışdılar. Qalib gəldik, yolumuza davam edəcəyik. Çempionatda …

Read More »

“Neftçi”nin zədəli futbolçularının son durumu bəlli olub

“Neftçi”nin zədəli futbolçuları Ataa Caber və Vato Arveladzenin son durumu bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib. O, hər iki oyunçunun fərdi məşqlərlə kifayətləndiyini bildirib. Qeyd edək ki, “ağ-qaralar” bu gün Azərbaycan Premyer Liqasının XXX turunda “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Read More »