Bazar , 15 Noyabr 2026
Drone Cameras

Postsovet məkanının ən bahalı futbolçularının siyahısı açıqlanıb

Məşhur “Transfermarkt” portalı postsovet məkanının ən bahalı futbolçularının siyahısını müəyyənləşdirib.

Boyukmillet.com xəbər verir ki, ilk pillədə İtaliyanın “Napoli” klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya (85 milyon avro) qərarlaşıb.

Postsovet məkanının ən bahalı ikinci futbolçusu isə İngiltərə təmsilçisi “Çelsi”nin və Ukrayna millisinin yarımmüdafiəçisi Mixail Mudrikdir. Onun qiyməti 60 milyon avro dəyərləndirilib.

İlk “3-lüy”ü Ukrayna futbolunun əfsanəsi, “Milan”, “Çelsi” kimi top-klublarda çıxış etmiş Andrey Şevçenko (51 milyon avro) qapayır.

Qeyd edək ki, X.Kvaratsxeliyanın və M.Mudrikin dəyəri 2023-cü, A.Şevçenkonun dəyəri isə 2006-cı ilə əsasən müəyyənləşdirilib.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …