Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun təyinatları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanı Əli Əliyev idarə edəcək. Bu gün baş tutacaq görüşə saat 14:00-da start veriləcək. 14:00. “Qarabağ” – MOİK Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Emin Cəfərov
Read More »Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək
Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq. Boyukmillet.com xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq: saat 20:00-da “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda “köhlən atlar” böyük üstünlüyə malikdir. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılmış …
Read More »“Qarabağ” 10-cu dəfə qış çempionu olmaqla yeni rekorda imza atıb
Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qış çempionu bəlli olub. Boyukmillet.com xəbər verir ki, buna XVII turun “Turan Tovuz” – “Zirə” matçının (1:0) nəticəsi səbəb olub. Bakı klubunun məğlubiyyətindən sonra “Qarabağ”ın qış fasiləsinə birinci yerdə yollanacağı dəqiqləşib. 35 xalı olan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ikinci sırada qərarlaşan “Zirə”ni 6 xal qabaqlayır. “Qarabağ” tarixində 10-cu dəfə yeni ili lider kimi …
Read More »AFFA-nın vitse-prezidenti İşçi Qrupunun ilk iclasında müzakirə olunan məsələləri açıqlayıb
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov İşçi Qrupunun bu gün keçirilən ilk iclasında müzakirə olunan məsələlərdən danışıb. Milli assosiasiya rəsmisi “Report”a açıqlamasında onlayn toplantıda qrupun necə fəaliyyət göstərməsi və Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparıldığını bildirib. Vitse-prezident əlavə edib ki, ilk toplantıda İşçi Qrupunun iş prinsipi müəyyən edilib: “Ümumi müzakirələr aparıldı, məqsədlər və vəzifələr müəyyənləşdirildi. Qərar qəbul olundu ki, …
Read More »UEFA AFFA-nı 6000 avro cərimələyib
UEFA Azərbaycanın əsas millisinə görə AFFA-nı cərimələyib. Boyukmillet.com xəbər verir ki, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub. Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir. Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil …
Read More »“Qarabağ”ın baş direktoru: “Akademiyanın məkanı üçün bir neçə yerə baxmışıq”
“Akademiyanın məkanı üçün bir neçə yerə baxmışıq, əlverişli olmayıb”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib. O, baza ilə bağlı axtarışların davam etdirildiyini bildirib: “Futbol akademiyamızın koordinatoru Aftandil Hacıyevin gəlişindən sonra aşağı yaş qruplarında xeyli dəyişikliklər olub. Hazırda baza ilə bağlı axtarışlarımız davam edir. Bunu dəqiqləşdirdikdən sonra vəziyyət daha yaxşı olacaq. Variantlar üzərində müzakirələr aparılır”. Qeyd edək ki, …
Read More »Azərbaycan millisinin baş məşqçisi: “Tarixi gün idi”
“Tarixi gün idi”. Boyukmillet.com xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Kipr yığmasına 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib. 36 yaşlı mütəxəssis qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri və hamını təbrik edib: “Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, …
Read More »Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq
Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Boyukmillet.com xəbər verir ki, Hamburqda gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Pükşatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar. AVRO-2024 səbətlər I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə II …
Read More »Azərbaycan Premyer Liqasında XV tura iki oyunla start verilir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək. Boyukmillet.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. “Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıb. İkinci matçda “Sumqayıt” “Turan Tovuz”un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq. “Gənclik şəhəri” təmsilçisi 22 xalla 3-cü, meydan …
Read More »Niderland – Azərbaycan oyununun hakimləri bəlli olub
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində səfərdə Niderland yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, matçı Litvadan olan hakimlər briqadası idarə edəcək. Meydanda ədaləti Dominykas Norkus, Mantas Pomeckis və İrmantas Kapraşovas qorumağa çalışacaqlar. “Timekeeper” isə niderlandlı Joern Te Kloeze olacaq. Qeyd edək ki, dekabrın 20-də reallaşacaq Niderland – Azərbaycan görüşü saat 21:30-da başlanacaq. Millimiz dekabrın 15-də …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar