Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

“Kəpəz”in futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

“Kəpəz” klubunun futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Boyukmillet.com xəbər verir ki, 31 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXX turuna təsadüf edib.

O, “Səbail”lə səfər matçında (3:3) şans qazanıb. Amil 200 oyunda 52 qola imza atıb.

Onun debütü 2010/11 mövsümündə “Qəbələ”nin heyətində gerçəkləşib. Yunanov ilk klubunda 7 (1 qol), “Sumqayıt”da 91 (28 qol), “Şamaxı”da 61 (14 qol), “Səbail”də 29 (6 qol), “Kəpəz”də 12 (3 qol) oyun keçirib.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …