Bazar ertəsi , 6 May 2024

Futbol

Rusiya klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb

Rusiyanın “Saturn” klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. Ərazi mühasirəyə alınıb, 12 nəfər, o cümlədən stadionun üç əməkdaşı oradan təxliyə edilib. İstehkamçılar hələlik qumbaranın aşkarlandığı yerə gəlib çatmayıblar. Qeyd edək ki, “Saturn” hazırda II Liqada çıxış edir.

Read More »

“Qarabağ” “Qalatasaray”la matça başqa klublardan futbolçu cəlb edə bilər

“Qarabağ” “Qalatasaray”la keçiriləcək yoldaşlıq matçı üçün Premyer Liqamızda çıxış edən digər klublardan oyunçular dəvət edə bilər. Boyukmillet.com xəbər verir ki, bunu “ARB 24”ə açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov deyib. O, qeyd edib ki, xeyli futbolçusu milli komandaların düşərgəsində olacağından bu addımı ata bilərlər:  “Oyunçu baxımından bir az ehtiyatlanmaq istəyirəm. Çünki oyunçularımızın sayı yetəri qədər deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. …

Read More »

Çempionlar Liqası: Daha iki komanda 1/4 finala yüksəlib

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 finalın daha iki cavab oyunu keçirilib. Boyukmillet.com xəbər verir ki, “Mançester Siti” İngiltərədə Almaniya “Leyptsiq”ini qəbul edib. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “şəhərlilər” evdə rəqibinə 7 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib. Digər matçda isə İtaliya “İnter”i Portuqaliyada “Portu” ilə qolsuz heç-heçə etməklə adını növbəti mərhələyə yazdırıb. Milan təmsilçisi evdəki ilk qarşılaşmada 1:0 …

Read More »

Türkiyədə daha bir klub prezidenti istefa verib

Türkiyədə daha bir klub prezidenti istefa verib. Boyukmillet.com xəbər verir ki, “Antalyaspor”un rəhbəri Aziz Çetin vəzifəsindən ayrılmaq qərarına gəlib. Super Liqa təmsilçisində boş qalan postu prezidentin müşaviri Sabri Gülel tutub. “Antalyaspor” hazırda 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır. Qeyd edək ki, bir neçə gün əvvəl “Trabzonspor”un prezidenti Ahmet Ağaoğlu istefa verib.

Read More »

“Qarabağ” və “Qalatasaray” yoldaşlıq görüşü ilə bağlı paylaşım ediblər

“Qarabağ” və “Qalatasaray” klubları martın 26-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı paylaşım ediblər. Boyukmillet.com xəbər verir ki, “köhlən atlar” rəsmi feysbuk hesabında “Yoldaşlıq deyil, Qardaşlıq oyunu” yazıb. Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb. Türkiyə təmsilçisi də tviter hesabında görüşün tarixi ilə bağlı paylaşım edib. “Sarı-qırmızılar” da hazırlıq matçındakı gəlirlərin …

Read More »

“Qalatasaray” “Qarabağ”ın rekordunu qırıb

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXV turunda “Kasımpaşa”nı 1:0 hesabı ilə məğlub edərək, yeni rekordun müəllifi olub. “Cim-bom” ötən ilin oktyabrından bəri ölkə çempionatında keçirdiyi 14 qarşılaşmada rəqiblərinə heç bir şans verməyib. Qeyd edək ki, “Qarabağ” mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 oyununda …

Read More »

Premyer Liqa: “Turan Tovuz” və “Qəbələ” start heyətini açıqlayıblar

Azərbaycan Premyer Liqasının XXVI turunda günün ilk oyunu “Turan Tovuz”la “Qəbələ” arasında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, komandalar start “11-lik”lərini açıqlayıblar. “Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, …

Read More »

Canni De Byazı Gəncə və Tovuzdakı oyunları izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazı Azərbaycan Premyer Liqasının iki oyununu izləyəcək. Boyukmillet.com xəbər verir ki, italiyalı mütəxəssis bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə” matçına baxacaq. De Byazi martın 11-də isə Tovuz şəhər stadionunda təşkil ediləcək “Turan Tovuz” – “Qəbələ” oyununda tribunada olacaq.

Read More »

Bu gün UEFA Konfrans Liqasında daha 7 oyun keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq. Boyukmillet.com-un məlumatına görə, ikinci oyun günündə 7 qarşılaşma keçiriləcək. Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşehir”i ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa “Lex”i və İsveçrə “Bazel”i isə evdə müvafiq olaraq, İsveç “Yurqarden”i …

Read More »

Fərid Qayıbov: “Klubların sayının artırılması istiqamətində işlərin davam edəcəyinə inanıram”

“Son dönəmlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam edəcəyinə inanıram”. Boyukmillet.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın Hesabat Konfransında deyib. Nazir Hesabat Konfransının çox yaxşı təşkil olunduğunu bildirib: “Ölkəmizdə idman dövlət siyasətidir. Prezident İlham Əliyevin idmana və futbola sevgisini hamımız bilirik. AFFA-nın keçmiş baş katibi artıq FIFA-da çalışır. Bu, böyük nailiyyətdir. Bizim nümayəndələrin yüksək vəzifələrə …

Read More »