Çərşənbə , 27 May 2026

Futbol

Belçikalı futbolçu: “Azərbaycanla matçda oynamaq istəyirəm”

“Azərbaycanla matçda oynamaq istəyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Zeno Debast AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək səfər görüşü barədə danışarkən deyib. 20 yaşlı mərkəz müdafiəçisi sentyabrın 9-da baş tutacaq qarşılaşmaya özünü hazır sayır: “Milli mənim üçün yaxşı imkandır. Yan Vertongenlə eyni klubda yer aldığım üçün ondan çox şey öyrənirəm. Onunla “Anderlext”də tandem təşkil edirəm. Amma sırf …

Read More »

Azərbaycan millisinin Superfinaldakı oyunlarının təqvimi müəyyənləşib

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı bəlli olub. Milli sentyabrın 19-da, Bakı vaxtı ilə saat 12:15-də Türkiyə ilə üz-üzə gələcək. Bir gün sonra eyni saatda rəqib Rumıniya olacaq. Yığma sentyabrın 21-də, saat 16:00-da isə İsveçrəni sınağa çəkəcək.

Read More »

“Qarabağ”ın koordinatoru “Qalatasaray”ın akademiyasını ziyarət edib

“Qarabağ”ın koordinatoru Aftandil Hacıyev və U-15 komandası “Qalatasaray”ın akademiyasını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, qonaqları “Qalatasaray” akademiyasının koordinatoru Emir Kıvırçık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik qəbul ediblər. Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı ilə bağlı da fikir mübadiləsi …

Read More »

Tahir Gözəl: “Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim”

“Qrup matçlarında “Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl komandasının UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşa biləcəyi komandalar barədə danışarkən deyib. Futbol funksioneri rəqiblərin kimliyindən asılı olmayaraq, komandasına güvəndiyini bildirib: “Komandamın Avropa Liqasının qrupunda oynamağa hazır olduğunu düşünürəm. Artıq “Qarabağ”ın Azərbaycanın bir ruhu, parçası, canı olduğunu və bu klubu bütün dünya bilir. …

Read More »

“Olimpiya”nın baş məşqçisi “Qarabağ”la oyundan sonra mətbuat konfransına qatılmayıb

Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Joao Enrike Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransına qatılmayıb. Boyukmillet.com xəbər verir ki, portuqaliyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ardından junalistlər önünə çıxmaqdan imtina edib. Qeyd edək ki, Lyublyanadakı ilk matçda 2:0 hesablı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrupuna yüksəlib. “Olimpiya” isə …

Read More »

“Rakuv”un baş məşqçisi: “Azərbaycanda da hava isti idi, Limassoldakı isti bizə təsir etməyəcək”

“Azərbaycanda da isti idi, lakin bu, bizə təsir etməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Polşanın “Rakuv” komandasının baş məşqçisi David Şvarqa Kiprdə “Aris”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. Gənc mütəxəssis Limassolda havanın çox isti olduğunu bildirib: “Bu, bizi qorxutmur. Çünki oyunçuların fiziki durumu yaxşıdır. Rəqibin keyfiyyətli heyətə malik olduğunu bilirik. “Aris”də …

Read More »

UEFA reytinqi: “Qarabağ” “Fənərbağça”nı geridə qoyub

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, avrokuboklarda I təsnifat mərhələsinin oyunlarından sonra sıralamada müxtəlif yerdəyişmələr olub. Son 5 mövsümdə toplanan xalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının I raundunda Cəbəllütariq komandası “Linkoln”u hər iki görüşdə məğlub etməsi irəliləməsinə səbəb olub. 4 pilləlik sıçrayışa nail olan Qurban …

Read More »

Kriştianu Ronaldu: “Səudiyyə Ərəbistanı çempionatı MLS-dən güclüdür”

“Səudiyyə Ərəbistanı çempionatı MLS-dən güclüdür”. Boyukmillet.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu “Metro” nəşrinə müsahibəsində deyib. Portuqaliyalı hücumçu Lionel Messinin ABŞ təmsilçisi “İnter Mayami”yə keçidi ilə bağlı sualı cavablandırarkən çıxış etdiyi liqanın daha üstün olduğunu bildirib: “Səudiyyə Ərəbistanı liqasına keçdiyim üçün məni tənqid edirdilər. Bəs nə oldu? Bu çempionata yol açdım, indi bütün oyunçular bura …

Read More »

Kipr klubunun əsas müdafiəçisi “Qəbələ”yə qarşı ilk oyunu buraxa bilər

Kipr “Omoniya”sının aparıcı futbolçusu Paris Psaltis Azərbaycanda “Qəbələ”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının ilk oyununu buraxa bilər. Boyukmillet.com xəbər verir ki, zədəsini sağaltdıqdan sonra bərpa presesi keçən 27 yaşlı müdafiəçinin “qırmızı-qaralar”la səfər matçında meydana çıxması sual altındadır. Zədədən qayıdan digər arxa xətt oyunçusu Nikolas Panayotunun isə hər iki matçda çıxış etmək şansı kifayət qədər yüksək qiymətləndirilir. Qeyd edək ki, “Qəbələ” …

Read More »

Vitali Borisov futzal üzrə Azərbaycan millisinin baş məşqçisi olub – RƏSMİ

Vitali Borisov futzal üzrə Azərbaycan millisinin baş məşqçisi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra Assosiasiyanın baş katibi Sərxan Hacıyev məlumat verib. Baş katib bildirib ki, milli komandanın keçmiş oyunçusu ilə anlaşma əldə olunub və o, “Araz Naxçıvan”la yanaşı əsas millini də çalışdıracaq.

Read More »