Çərşənbə , 8 May 2024
Drone Cameras

Azərbaycan Premyer Liqasında X tura Qəbələdə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

Boyukmillet.com xəbər verir ki, son matçda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. “Qırmızı-qaralar” 7 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 5-ci pillədə qərarlaşıb.

16:30. “Qəbələ”– “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (4:2), “Sabah” “Sumqayıt”ı (3:1) məğlub edib. “Turan Tovuz” – “Qarabağ” (2:2), “Kəpəz” – “Zirə” (0:0) görüşlərində qalib müəyyənləşməyib.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …