Çərşənbə , 8 May 2024
Drone Cameras

Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi: “Qazaxıstanla oyuna qələbə üçün çıxacağıq”

“Rəqib də, biz də güclüyük. Meydana qələbə üçün çıxacağıq”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis finala gedən yolda qalibiyyətə ümid etdiklərini bildirib: “Mən hər zaman komandama inanıram. Amma oyunun yaxşı alınmasından çox şey asılıdır. Xalqımıza final sevinci yaşatmaq istəyirik”.

Quliyev Bolqarıstana 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final oyununa da toxunub: “Maraqlı qarşılaşma alındı. Rəqib çox yaxşı komandadır. Onlara qarşı çıxış etmək bütün kollektivlər üçün çətindir. Oyunçuları və xalqımızı qələbə münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, bu gün reallaşacaq Azərbaycan – Qazaxıstan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …