Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşib

Bakıda AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunundan əvvəl mətbuat konftanslarının vaxtı bəlli olub.

Boyukmillet.com xəbər verir ki, saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.

Saat 18:00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra yığmanın açıq məşqi gerçəkləşəcək.

Qeyd edək ki, noyabrın 16-da gerçəkləşəcək Azərbaycan – İsveç görüşü saat 21:00-da start götürəcək.

Check Also

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib. ​UEFA-nın açıqladığı klub əmsalları reytinqində Azərbaycan təmsilçisi “Qarabağ” 69-cu …