Çərşənbə , 8 May 2024
Drone Cameras

Azərbaycan Futzal Federasiyasının rəsmisi: “Bu məsələ bizdən asılı deyil, klub da istəməlidir”

“Bu məsələ yalnız federasiyadan asılı deyil. Klub da bunu istəməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov Birinci Liqada çempion olan “Şamaxı” komandasının Yüksək Liqada mübarizə aparmaması ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi idman prinsipinə əməl etmək istədiklərini bildirib: “Əslində, bununla bağlı yarışın əsasnaməsində bənd var. Amma Birinci Liqanın qalibini məcbur edə bilmərik. Əvvəlki çempion “Şamaxı” bu mövsüm, umumiyyətlə, turnirlərdə iştirak etmir”.

Məmmədov ötən il olduğu kimi, yenə Yüksək Liqada 6 kollektivin mübarizə aparacağını diqqətə çatdırıb: “Bu dəfə pley-off mərhələsi olmayacaq. Yarış dörd dövrə və 20 turdan ibarətdir. “Yasamal Bakı”nı debütant hesab etmək olar. “Alyans” (Lənkəran) çempionatı tərk etdi. Komandada problemlər var idi, hətta ötən mövsümün sonuna yaxın oyunlara çıxmağa çətinlik çəkirdilər. Digər 5 klub neçə ildir bu turnirdədir. Limitlə bağlı hansısa dəyişiklik yoxdur. Komandalar yenə 7 legionerin adını protokola daxil edə biləcəklər. Görüşlər Bakı İdman Sarayında və “Olimpik Star”da gerçəkləşəcək. Əlbəttə, federasiya da daha çox komandanın iştirak etməsini istəyirdi, amma müraciət olmadı”.

Qeyd edək ki, Yüksək Liqada “Neftçi” İK, “Baku Fire”, “Araz-Naxçıvan”, “Yasamal Bakı”, “Record club” və Azərbaycanın U-19 millisi çıxış edəcək. Mövsümə sentyabrın 26-da start veriləcək.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …