Bazar , 28 Aprel 2024

Futbol

Britaniyalı nazir və səfir Tofiq Bəhramovun abidəsini ziyarət edib

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould tanınmış futbol hakimi Tofiq Bəhramovun abidəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, F. Ould həmyerlisi ilə abidənin qarşısında çəkdirdiyi fotonu özünün tviter səhifəsində paylaşıb. Səfir postun üzərində Azərbaycan dilində bu sözləri yazıb: “Futbol həm Böyük …

Read More »

Elmar Baxşıyev: “Əvvəlki oyunlarda qələbə üçün nəsə çatışmırdı”

“Komandamın çıxışından razıyam. 6 turdan sonra qələbə qazandıq. Əvvəlki oyunlarda da bunu edə bilərdik. Sadəcə, nəsə çatışmırdı”. Boyukmillet.com xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev evdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib. 43 yaşlı mütəxəssis 3 xal üçün komandasına təşəkkür edib: “Bu gün istəyimizə çatdıq. Düşünürəm ki, layiqli …

Read More »

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu ada Portuqaliya “Benfika”sından Fredrik Aursnes layiq görülüb. Norveçli yarımmüdafiəçi səsvermədə Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman və İtaliya “Milan”ından Rafael Leaonu qabaqlayıb. Qeyd edək ki, 28 yaşlı oyunçu Belçikada “Brügge”ni 2:0 hesabı ilə məğlub etdikləri matçda …

Read More »

Azərbaycan millisinin baş məşqçisi: “Qarabağ” “Gent”ə qarşı çox yaxşı oynadı”

“Qarabağ” çox yaxşı çıxış etdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Qarabağ”ın Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib. İtaliyalı mütəxəssis bildirib ki, matç ərzində “köhlən atlar”ın qol vurmaq üçün 3-4 real imkanı olub: “Onların yalnız birindən istifadə edə bildilər. Düşünürəm ki, …

Read More »

“Gent” “Qarabağ”la oyun üçün Bakıya yola düşüb

Belçikanın “Gent” komandası “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabı paylaşım edib. Saat 19:45-də baş məşqçi Heyn Vanhazebrukun mətbuat konfransı təşkil olunacaq. Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Read More »

Türkiyənin daha 3 klubu çempionatda çıxışını dayandırıb

Türkiyənin daha 3 klubu ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm yer aldığı çempionatda çıxışını dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib. O bildirib ki, II Liqadan “Diyarbakırspor”, III Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un tələbi müsbət cavablandırılıb. Federasiya prezidenti eyni zamanda “Sivas Belediyespor”, “Tarsus İdmanyurdu” və “Niğdespor”un da analoji müraciət ünvanladıqlarını vurğulayıb. Lakin …

Read More »

Zəlzələdə ölən futbolçunun adı stadiona verilib

Türkiyədə baş verən zəlzələdə həlak olan “Kahramanmaraş İstiklalspor” klubunun futbolçusu Saruhan Bolatın adı Giresundakı stadionlardan birinə verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Giresunda Yağlıdərə rayonunun bələdiyyə sədri Yaşar İbaş açıqlamasında deyib. O bildirib ki, bundan sonra arenanın adı Saruhan Bolat rayon stadionu olacaq. “Kahramanmaraş İstiklalspor” Türkiyənin həvəskarlar liqasında çıxış edir. Adıçəkilən komandanın daha iki oyunçusu Taner Kahriman və Hakan …

Read More »

Bəxtiyar Həsənalızadə: “Qarabağ”ın qapısına vurduğum qola kuryoz deməzdim”

“Qarabağ”ın qapısına vurduğum qola kuryoz deməzdim”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində “Sabah”ın futbolçusu Bəxtiyar Həsənalızadə Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”a vurduğu qol barədə danışarkən deyib. 31 yaşlı müdafiəçi standart vəziyyətləri məşqlərdə işlədiklərini bildirib: “Yəni, qol təsadüfi alınmadı. Mənim yerimdə komanda yoldaşlarımdan kimsə ola bilərdi. O da eyni hərəkəti etməli idi. Çünki bizə tapşırılan budur. Sadəcə, həmin epizodda başla …

Read More »

Türkiyədə təxirə salınmış futbol liqalarının yeni tarixi açıqlanıb

Türkiyədə zəlzələ ilə bağlı təxirə salınmış futbol liqalarında oyunların yeni tarixi bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib. Funksioner bildirib ki, Superliqa, I Liqa və digər çempionatlar martın 3-4 martda bərpa olunacaq. Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, …

Read More »

Tanınmış türkiyəli baş məşqçi: “Çempionata davam edəcək vəziyyətdə deyilik”

“Federasiyadan xahiş edirik, bizi mövsümün qalan hissəsi üçün bağışlasınlar. Davam edəcək vəziyyətdə deyilik”. Boyukmillet.com xəbər verir ki, bunu “Yeni Malatyaspor”un baş məşqçisi Yılmaz Vural “TV100″də verilişlərin birində deyib. 70 yaşlı mütəxəssis xalqın da futbol haqqında danışmaq istəmədiyini diqqətə çatdırıb: “Federasiyanın iclası olacaq. Qərar verəcəklər. Bu hadisələrdən təsirlənən komandalar var. Əcnəbi oyunçularımız şəhəri tərk edib. Yerli futbolçularımız evlərindədir. Buraya gətirə bilmirik. Biz …

Read More »