Çərşənbə , 8 May 2024
Drone Cameras

Mikel Arteta “Arsenal”ın tarixinə düşüb

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta klubun tarixinə düşüb.

Boyukmillet.com xəbər verir ki, ispaniyalı mütəxəssis “topçular”ın Premyer Liqanın XIII turunda “Brentford”u 1:0 hesabı ilə məğlub etdiyi görüşdə klub rekordunu yeniləyib.

London təmsilçisi onun rəhbərliyi altında keçirdiyi ilk 200 matçda 116 qələbə qazanıb. Bundan əvvəl rekord 111 qələbə sevinci yaşayan Arsen Vengerə məxsus idi. Bu göstəricidə üçüncü yeri ilk 200 görüşündə komandasına 106 qələbə qazandıran Corc Qrem tutur.

Qeyd edək ki, “Arsenal” hazırda 30 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi növbəti turda “Vulverhempton”la qarşılaşacaq.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …