Bazar , 15 Noyabr 2026
Drone Cameras

“Qarabağ”ın baş direktoru: “Akademiyanın məkanı üçün bir neçə yerə baxmışıq”

“Akademiyanın məkanı üçün bir neçə yerə baxmışıq, əlverişli olmayıb”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib.

O, baza ilə bağlı axtarışların davam etdirildiyini bildirib: “Futbol akademiyamızın koordinatoru Aftandil Hacıyevin gəlişindən sonra aşağı yaş qruplarında xeyli dəyişikliklər olub. Hazırda baza ilə bağlı axtarışlarımız davam edir. Bunu dəqiqləşdirdikdən sonra vəziyyət daha yaxşı olacaq. Variantlar üzərində müzakirələr aparılır”.

Qeyd edək ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl mayda jurnalistlərə açıqlamasında akademiyanı “Azərsun Arena”ya yaxın ərazidə tikmək istədiklərini bildirmişdi.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …