Drone Cameras

Azərbaycan klubu sabiq oyunçusuna 70 min ödədi

“Səbail” klubu sabiq futbolçusu Tural Bayramlıya 70 min manat ödəniş edib.

Bu barədə Prosport.az-a idmançının hüquqi işlərini görən nümayəndəsi Elcan Həsənli deyib.

Bu gün klubun futbolçuya ödəniş etməsi ilə bağlı son günü idi. Əks halda 26 yaşlı futbolçu nümayəndəsi vasitəsilə FIFA-ya müraciət etməyi düşünürdü.

Qeyd edək ki, hazırda “Araz-Naxçıvan”ın formasını geyinən yarımmüdafiəçi paytaxt təmsilçisini onunla olan müqaviləni birtərəfli şəkildə pozduğu üçün AFFA-dakı Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdi. Oktyabrın 12-də qərar “Səbail”in xeyrinə çıxarılsa da, dekabrın 27-də AFFA Apellyasiya Arbitraj Tribunalı futbolçuya 70 min manatın ödənilməsi barədə qərar çıxarmışdı. Lakin 3 ay müddətində həmin pul ödənilməmişdi.

Onu da bildirək ki, “Səbail” də 4 gün əvvəl AFFA-nı (böyük ehtimalla, Apellyasiya Arbitraj Tribunalını) məhkəməyə verib.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …