Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Konfrans Liqasına təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

A.Xudiyev, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq.

Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək.

Qeyd edək ki, görüş iyulun 25-də keçiriləcək.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …