Cümə , 13 Noyabr 2026

Futbol

Səudiyyə Ərəbistanı Messiyə yerli çempionatda çıxış etməyə icazə verməyib

Səudiyyə Ərəbistanı Argentina millisinin futbolçusu Lionel Messiyə milli çempionatda oynamaq üçün icazə verməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RMC Sport” radiosu məlumat yayıb. Mənbənin məlumatına görə, Messi “İnter Mayami” (ABŞ) klubunun iştirak etdiyi MLS liqasındakı fasilə dövründə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib. O, bu addımı 2026-cı il dünya çempionatından öncə oyun təcrübəsini qorumaq məqsədilə etmək istəyib. Lakin Səudiyyə …

Read More »

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Boyukmillet.com-un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. “Köhlən atlar” ötən ay 38 pillə irəliləmişdi. “Sabah” (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib. “Araz-Naxçıvan” (66.5) 355-dən 391-ə, “Zirə” (65.5) isə 380-dən 407-yə düşüb. Qeyd edək ki, 501 …

Read More »

“Benfika” “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb

Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib. O, bunun üçün təəssüfləndiyini bildirib.  Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib. Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.

Read More »

Çempionlar Liqası: “Qarabağ” Portuqaliyada tarixi qələbə qazanıb – YENİLƏNİB-8

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Boyukmillet.com-un məlumatına görə, “Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb. Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb. Bundan sonra özündə güc tapan Azərbaycan çempionu …

Read More »

Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb

“Qarabağ” klubu yayda heyətinə qatdığı Joni Montieli UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib.  Boyukmillet.com-un məlumatına görə, Azərbaycan təmsilçisinin açıqladığı siyahıda ispaniyalı yarımmüdafiəçinin adı yoxdur. Bundan əlavə, Aleksey İsayev də kənarda qalıb.   Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç   Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, …

Read More »

Salah Premyer Liqa çempionluğuna əsas namizədin adını açıqlayıb

“Liverpul”un və Misir millisinin cinah oyunçusu Məhəmməd Salah 2025/2026-cı il mövsümündə İngiltərə Premyer Liqası çempionu olmaq üçün əsas namizədin adını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, futbolçunun sözlərini “Sky Sports” yayıb. “Çempionluğun favoritlərindən danışsaq, “Arsenal”ı vurğulayardım. Onların təxminən 5-6 ildir birlikdə oynayan stabil heyəti var, ona görə də meydanda qarşılıqlı əlaqə daha asandır. Son vaxtlar “Liverpul” və “Mançester Siti”nin heyətlərində çoxlu …

Read More »

UEFA Çempionlar Liqası: “Qarabağ”ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək

Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Püşkatmadan öncə əsas mərhələdə iştirak edəcək 36 komanda 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV səbətdə yer alıb. I səbət PSJ (Fransa), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), …

Read More »

Azərbaycanda futbol klubunun prezidenti həbs edildi 

“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib. Məlumata görə, Rauf Quliyev dələduzluq ittihamı ilə həbs edilib. Ondan şikayətçi olan bir neçə nəfər var. İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı …

Read More »

Mingəçevir futbolunda yeni nəfəs

Azərbaycan futbolu dedikdə göz önünə ilk növbədə “Neftçi” gəlir. Ölkəmizin flaqman komandasının 1966-cı ildə Sovet İttifaqının çempionatında bürünc medal qazanmasından sonra respublikada futbola maraq daha da artdı. Paytaxt Bakı ilə yanaşı rayonlarda da yeni klublar yaradıldı. Həmin il Mingəçevirdə də yerli futbol komandası formalaşdırıldı. Qısa zamanda bu komandanın şöhrəti ətrafa yayıldı. Ümumiyyətlə, Mingəçevir zəngin futbol ənənəsi olan bir şəhərdir. İndi …

Read More »

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Bildirilib ki, son klubu “Şamaxı” olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Qeyd edək ki, Adil Nağıyev bir matçda Azərbaycanın əsas millisinin formasını geyinib.

Read More »