Bazar , 15 Noyabr 2026
Drone Cameras

Səudiyyə Ərəbistanı Messiyə yerli çempionatda çıxış etməyə icazə verməyib

Səudiyyə Ərəbistanı Argentina millisinin futbolçusu Lionel Messiyə milli çempionatda oynamaq üçün icazə verməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RMC Sport” radiosu məlumat yayıb.

Mənbənin məlumatına görə, Messi “İnter Mayami” (ABŞ) klubunun iştirak etdiyi MLS liqasındakı fasilə dövründə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib. O, bu addımı 2026-cı il dünya çempionatından öncə oyun təcrübəsini qorumaq məqsədilə etmək istəyib.

Lakin Səudiyyə Ərəbistanının idman rəhbərliyi argentinalı futbolçunun cəmi dörd ay müddətinə milli çempionatda çıxış etməsi ideyasını bəyənməyib.

Qeyd edək ki, bir müddət əvvəl “İnter Mayami” Lionel Messinin klubla müqaviləsinin müddətini 2028-ci ilin dekabrına qədər uzatdığını açıqlayıb.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …