Şənbə , 30 May 2026
Drone Cameras

Avropa Liqasında finalçılar bu axşam bəlli olacaq

UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək.

Boyukmillet.com-un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Frayburq Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb – 2:1.

Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda “Nottinqem Forest”ə 0:1 hesabı ilə uduzan “Aston Villa” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.

Check Also

“Neftçi” və “Qarabağ”dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT

Misli Premyer Liqasında həm aprelin 26-sı, həm də 30-u üz-üzə gələcək “Neftçi” və “Qarabağ” klubları …