Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Avropa klubu ONA GÖRƏ Azərbaycan çempionuna son təklifini göndərdi

“Sabah”ın legioneri Aron Maludaya daha bir müştəri var. Fransalı vingeri israrla istəyən “Seltik”in ardınca “Bazel” transferdə maraqlıdır.

İsveçrə klubu 20 yaşlı oyunçunu heyətinə qatmağa çox yaxındır.

“Bazel” gənc futbolçunun transferi üçün “Sabah”a son təklifini göndərib. Maliyyə şərtləri o qədər sərfəlidir ki, Azərbaycan çempionu təklifə müsbət yanaşır və tərəflər razılaşmağa yaxındır.

Maluda ötən mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxaraq 9 qol vurub, 4 məhsuldar ötürmə edib. Bu göstəricilərinə görə “Seltik” də onun keçidində maraqlıdır.

“Qarabağ”dan Kamilo Duranı alan Şotlandiya

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …